İsrailin ən böyük qəzetlərindən olan “Haaretz” yazıb ki, baş nazir Binyamin Netanyahu ölkədə baş verən hadisələrə görə məsuliyyət daşıyır.
Hafta.az-ın yazdığına görə, "Haaretz"in redaksiya heyəti tərəfindən yazılan şərhdə belə qeyd olunub: “Simchat Tövrat" bayramında İsrailin başına gələn fəlakətin açıq-aşkar məsul olan tək bir şəxs var: Benyamin Netanyahu!".
"Haaretz", Netanyahunu ittiham etdiyi qiymətləndirməsinə yazıb: “Böyük siyasi təcrübəsi və təhlükəsizlik məsələlərində əvəzolunmaz müdrikliyi ilə öyünən baş nazir, Bezalel Smotriç və İtamar Ben-Qviri çox vacib vəzifələrə təyin edərək bir ilhaq və mülksüzləşdirmə hökuməti qurdu və fələstinlilərin varlığını açıq-aşkar gözardı etdi. O, xarici siyasətdə İsraili şüurlu şəkildə apardığı təhlükələri dərk edə bilmədi".
Sol-mərkəzçi fikirləri qəbul edən qəzet kimi tanınan "Haaretz" İsraildə üçüncü ən böyük tiraja sahibdir və ölkə hüdudlarından kənarda mütəmadi şəkildə izlənilir.